12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
“Putinin yaxın çevrəsinə daxil deyiləm” - Kadırov
Tarix: 29-12-2021 22:49 | Bölmə: Dünya

                     “Putinin yaxın çevrəsinə daxil deyiləm”


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinin yaxın çevrəsinə daxil olmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kadırov İnstaqramda canlı yayım zamanı məlumat verib. 
"Mən Rusiya Prezidentinin və Baş nazirinin yaxın ətrafına belə girmirəm. Düşünürəm ki, Axmat-Hacı Kadırov və Vladimir Putinin keçmiş dostluq münasibətləri sayəsində onlar mənə dözür, bağışlayır və dəstəkləyirlər. Heç kim heç vaxt mənə deməyib ki, Ukrayna və ya digər dövlətlərlə bağlı bəyanat verməliyəm”- deyə Kadırov qeyd edib. 
O, hər zaman sırf şəxsi fikrini ifadə etdiyini də vurğulayıb:
“Dövlətimizin taleyi və təhlükəsizliyi indi son dərəcə çətin vəziyyətdədir. Çünki Qərb, Avropa dövlətləri yavaş-yavaş dövlətimizin sərhədlərinə yaxınlaşır, ona görə də hər an problemlər yarana bilər. Biz mövqelərimizdən əl çəksək, onlar digərlərinə olduğu kimi, öz şərtlərini bizə diktə edə bilərlər”.
Xatırladaq ki, Çeçenistan rəhbəri bundan əvvəl təklif etmişdi ki, Ukrayna lideri Moskvaya qarşı yönəlmiş siyasəti dayandırmasa, o zaman qonşu ölkənin Rusiyaya birləşdirilməsinə ehtiyac yaranacaq.


Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər