Bütün xəbərlər
İqor Dodon 12 milyon dollar mənimsəməkdə şübhəli bilinir
Tarix: 29-12-2021 15:55 | Bölmə: Dünya

                    İqor Dodon 12 milyon dollar mənimsəməkdə şübhəli bilinir



Moldovanın keçmiş Prezidenti İqor Dodon 12 milyon dollara yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Dodon özü ifadə verdikdən sonra açıqlayıb.
İ. Dodon sabiq Prezident olaraq toxunulmazlığa malik deyil və prokurorluq bunu zəruri hesab edərsə, saxlanıla bilər.
Prokurorluğun məlumatına görə, 2008-ci ilin əvvəlində ölkənin elektrik enerjisi ilə təminatına cavabdeh olan “Energocom” şirkətinin rəhbərliyi İqtisadiyyat Nazirliyinin, Enerji Məsələlərini Tənzimləmə üzrə Milli Agentliyin əməkdaşları və xaricdən olan fiziki şəxslərlə sövdələşib. Onlar elektrik enerjisinin alış qiymətini əsassız olaraq yüksəltməklə cinayətkar sxem həyata keçiriblər. Bunun nəticəsində dövlətə 12 milyon dollar həcmində zərər dəyib.
İ.Dodon 2008-ci ildə Moldonın iqtisadiyyat naziri olaraq fəaliyyət göstərib və ölkənin Baş nazirinin müavini vəzifəsini icra edib. 2016-cı ildən 2020-ci ilə qədər ölkənin Prezidenti olub.



Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər