12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Putin vətəndaşlıq almağı sadələşdirir
Tarix: 29-12-2021 15:52 | Bölmə: Dünya

                  Putin vətəndaşlıq almağı sadələşdirir



Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun layihəsini Dövlət Dumasına təqdim edib.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, qanun layihəsi dövlət başçısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarını müəyyən etmək üçün daha çox səlahiyyətlərin verilməsini təklif edir.
Sadələşdirilmiş vətəndaşlıq əldə etmək hüququ xüsusi olaraq Rusiyada bu ölkənin vətəndaşı olan qohumları olan şəxslərə şamil olunacaq. Bundan əlavə, könüllü köçürmə proqramının iştirakçıları olan keçmiş SSRİ vətəndaşları və onların uşaqları, həmçinin Rusiya İmperiyasında və ya SSRİ-də Rusiya Federasiyasının indiki sərhədləri daxilində daimi yaşayanların nəsillərindən olan şəxslər də eyni imkana malik olacaqlar.


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər