Bütün xəbərlər
Ukrayna Ombudsmanı Saakaşvili ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Tarix: 28-12-2021 23:22 | Bölmə: Dünya

                     Ukrayna Ombudsmanı Saakaşvili ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi



Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin eks-prezident Mixail Saakaşvilini hərbi hospitaldan həbsxanaya köçürmək niyyətini tənqid edib və xarici dövlətlərdən və beynəlxalq hüquq müdafiə təşkilatlarından bu cür planları pisləməyi xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 
“Gürcüstanın penitensiar xidmətinin Ukrayna vətəndaşı, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin sədri Mixail Saakaşvilini Qoridəki hərbi hospitaldan yenidən həbsxanaya keçirmək niyyətini pisləyirəm. Xarici dövlətlərdən və beynəlxalq insan haqları təşkilatlarından Saakaşvilinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş həyat, sağlamlıq və tibbi xidmət hüquqlarını pozan gürcü rəsmilərinin hərəkətlərini qətiyyətlə pisləməyi xahiş edirəm”, - deyə Ombudsman müraciətində bildirib. 
O, həmçinin Gürcüstanın ədliyyə nazirinə müraciət edərək Saakaşvili tam sağalana qədər Qoridəki hərbi hospitalda ona “ixtisaslı müalicə” göstərilməsinin təmin edilməsini xahiş edib.
Denisova qeyd edib ki, o, Saakaşvilinin səhhətini kritik hesab edir, həmçinin onun yeni aclıq aksiyasına başlamağa hazır olması ilə bağlı xəbərləri həyəcanlı məlumatlar adlandırıb. Onun fikrincə, o, başqa yerdə və ukraynalı mütəxəssisləri cəlb etməklə müalicə olunmalıdır: 
“Mən dəfələrlə Mixailin müalicəsinin multidissiplinar mülki klinikada və ya xaricdə davam etdirilməsinin zəruriliyini vurğulamışam. Əminəm ki, Ukrayna vətəndaşımızın sağlamlığına dəyən zərərin dərəcəsini və sonrakı müalicə üçün şərtləri müəyyən etmək üçün öz həkimlərini və ekspertlərini səfərbər etməlidir”. 
 



Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər