Bütün xəbərlər
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
Tarix: 28-12-2021 22:55 | Bölmə: Dünya

                  Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi


“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq. Biz Rusiya ilə Ukrayna arasındakı gərginliyi diqqətlə izləyirik. Regionda sabitliyin qalmasını istəyirik. Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”, - deyə Akar bildirib. 



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər