Bütün xəbərlər
Qızının COVID-19-a yoluxmasını öyrənən İsrailin baş naziri hökumətin iclasını dərhal tərk edib
Tarix: 26-12-2021 21:56 | Bölmə: Dünya

İsrailin baş naziri Naftali Bennett



İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib.
APA bildirir ki, bu barədə RİA Novosti-yə hökumət başçısının mətbuat katibi Anna Yonatan-Leus bildirib.
Mətbuat katibi deyib ki, hökumətin iclası zamanı baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib: “Baş nazir dərhal iclası tərk edib. Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir”.
Bennett PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.





Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər