Bütün xəbərlər
“Türkiyənin Rusiyaya qarşı müharibədə iştirakı mümkün deyil”
Tarix: 24-12-2021 19:42 | Bölmə: Dünya

                 “Türkiyənin Rusiyaya qarşı müharibədə iştirakı mümkün deyil”


“Türkiyənin Rusiya Federasiyasına qarşı Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirakı qeyri-realdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Türkiyə parlamentinin deputatı, Yenilik Partiyasının rəhbəri Öztürk Yılmaz deyib. 
“Türkiyənin Ukraynaya hərbi qüvvə göndərməli olacağı vəziyyətin yaranması ehtimalını qəbul etmirəm. Çünki belə bir hərbi münaqişə nə Rusiyaya, nə də NATO-ya lazımdır. Düşünmürəm ki, NATO Ukraynaya görə Rusiyaya hücum etsin, ya da ki, Rusiya vəziyyəti müharibəyə gətirib çıxarsın”, - deyə Yılmaz qeyd edib. 
Onun sözlərinə görə, Rusiya-Ukrayna sərhədindəki vəziyyət ətrafında gərginliyin artırılması diplomatların və hərbçilərin iştirakı ilə bir növ oyundur: 
“Türkiyə Rusiyaya hücum etməyəcək. Onun Rusiya ilə strateji əlaqələri var. NATO isə Türkiyəyə Rusiyaya hücum etməyi təklif etməyəcək. Xeyr, bu mümkün deyil. NATO qərarları yekdilliklə qəbul edilir”. 
O qeyd edib ki, əgər münaqişənin gərginləşəcəyi təqdirdə NATO hər hansı qərar qəbul edərsə, o zaman Türkiyə də alyansın üzvü kimi ona müəyyən qədər əməl etməli olacaq: 
“Amma bunun belə olacağını düşünmürəm... Rusiya ilə Ukrayna arasında tammiqyaslı müharibənin başlayacağını güman etmirəm. Amma indi vəziyyət çox gərgindir, diplomatiya getdikcə artan dərəcələrlə aparılır”.



Baxış sayı: 525


Bölməyə aid digər xəbərlər