Bütün xəbərlər
“Məhəmməd peyğəmbəri təhqir etmək azadlıq deyil” - Putin
Tarix: 24-12-2021 19:34 | Bölmə: Dünya

                   “Məhəmməd peyğəmbəri təhqir etmək azadlıq deyil”



“Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığı deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında sənətdə azadlığa münasibət bildirərkən deyib.
"Bu azadlıq başqa bir insanın azadlığını məhdudlaşdırdıqda, bizim inkişaf etdirdiyimiz məqsədlərlə müəyyən ziddiyyət təşkil edir. Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığıdırmı? Məncə, bu, azadlıq deyil. Bu, dini etiqad azadlığının və müqəddəs dinin pozulmasıdır”, - Putin qeyd edib.


Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər