Bütün xəbərlər
Dubay əmiri keçmiş arvadına rekord təzminat ödəyəcək
Tarix: 21-12-2021 21:36 | Bölmə: Dünya

                     Dubay əmiri keçmiş arvadına rekord təzminat ödəyəcək


İngiltərə Ali Məhkəməsi Dubay əmiri Əl Maktumun altıncı həyat yoldaşı, şahzadə Haya Bint Əl Hüseynə və uşaqlarına ümumilikdə 554 milyon funt-sterlinq təzminat ödəməsinə qərar verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar ölkə tarixinin ən bahalı boşanma prosesi kimi yadda qalıb. 72 yaşlı Əl Maktum şahzadə Hayaya 251 milyon 500 min funt-sterlinq, 14 və 9 yaşlı iki uşağının təhsil və əlavə xərcləri üçün isə 290 milyon funt-sterlinq təzminat ödəyəcək. 
Hakim qərarını elan edərkən Haya və uşaqlarının əlavə təhlükəsizlik tədbirlərinə ehtiyacları olduğunu da vurğulayıb. 
Xatırladaq ki, şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq İngiltərəyə sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü. 

 



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər