Bütün xəbərlər
Tərəfdarları Saakaşvilinin ad gününü belə qeyd etdilər - Video
Tarix: 21-12-2021 13:18 | Bölmə: Dünya

                    Tərəfdarları Saakaşvilinin ad gününü belə qeyd etdilər


Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin 54 yaşı tamam olur.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, tərəfdarları siyasətçini ad günündə yalnız buraxmayıblar. Belə ki, onlar gecə saatlarında Saakaşvilinin 50 günlük aclıq aksiyasından sonra müalicə kursu keçdiyi Qori hərbi hospitalının qarşısında toplaşıblar.
Siyasətçinin tərəfdarları ilk olaraq ölkə himnini oxuyublar, havaya işıq fənərləri buraxıblar və ad günü təbrikləri səsləndiriblər.
Mixail Saakaşvili isə hospitalın pəncərəsindən ağ mələfə asaraq tərəfdarlarını salamlayıb, həmçinin onları heç nədən qorxmayaraq sona qədər getməyə çağırıb: “Dostlar, əsas olan birlik, sona qədər mübarizə aparmaqdır. Repressiyadan qorxmayın. Mən qorxmuram və sona qədər mübarizə aparacağam. Sizə Gürcüstanın müstəqilliyini, azad olunmasını və hər birinizə xoşbəxtlik arzu edirəm”.
Saakaşvilinin təsis etdiyi müxalif “Vahid milli hərəkat” partiyası keçmiş Prezidentə dəstək və onun azad olunması tələbi ilə bu gün axşam Rustaveli prospektində aksiya keçirməyi planlaşdırır.

              



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər