Bütün xəbərlər
Ərdoğandan lirənin məzənnəsi ilə bağlı - Açıqlama
Tarix: 20-12-2021 22:54 | Bölmə: Dünya

                    Ərdoğandan lirənin məzənnəsi ilə bağlı


“Biz məzənnəni sabitləşdirəcəyik. Əziz millətim, biz sizi sevirik, sizə inanırıq. 19 il Türkiyənin haradan haraya gəldiyini siz çox yaxşı bilirsiniz, bilirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, dünyada pul bolluğu xərcləri və nəticədə qiymətləri artırdı:
“Bizim iqtisadiyyatda “Dünya 5-dən böyükdür” deməyimizin səbəbi də özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyimizi deyirik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq.
Biz vəzifəyə başlayanda BVF-yə 23,5 milyard dollar borcumuz var idi. Hazırda BVF-yə borcumuz yoxdur. Kamal bəy, (CHP lideri Kamal Kılıçdaroğlu - red.) biz bu borc yükünü haradan aldıq? Sizdən aldıq”.
Qeyd edək ki, bu gün Türkiyə lirəsi növbəti dəfə rekord səviyyədə dəyər itirib. Belə ki, təxminən 1 ABŞ dolları 18 lirəyə bərabər olub.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər