Bütün xəbərlər
“Ermənistanla normallaşma Azərbaycanla koordinasiyalı həyata keçiriləcək”
Tarix: 18-12-2021 19:42 | Bölmə: Dünya

                   “Ermənistanla normallaşma Azərbaycanla koordinasiyalı həyata keçiriləcək”


“Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir. Ermənistanın atacağı addımlardan asılı olacaq və Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək”.
“Qafqazinfo” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezident Fuat Oktay Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı haqq işini, Vətən müharibəsini qətiyyətlə dəstəkləyib:
"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir”.



Baxış sayı: 471


Bölməyə aid digər xəbərlər