12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Rusiyanın ən zəngin qadınlarından biri həbs olundu
Tarix: 18-12-2021 12:14 | Bölmə: Dünya

                    Rusiyanın ən zəngin qadınlarından biri həbs olundu


Rusiyanın ən zəngin qadınlarından biri Olqa Mirimskaya həbs olunub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın bankir İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinib.
Məlumata görə, Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb. Buna görə o, iki ay müddətinə həbs edilib.
Qeyd edək ki, Olqa Mirimskayanın sərvəti 100 milyon dollar qiymətləndirilir.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər