Bütün xəbərlər
Rusiya Dumasında dava - Video
Tarix: 17-12-2021 03:51 | Bölmə: Dünya

                  Rusiya Dumasında dava



Rusiya Dövlət Dumasında deputatlar arasında dava olub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə QR kodlarla bağlı qanun layihəsi ilə bağlı müzakirə zamanı baş verib.
Belə ki, Rusiya Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları ictimai yerlərdə QR kodların tətbiqi ilə bağlı qanun layihəsinin birinci oxunuşu zamanı “Kommunist Partiyası QR-faşizmə qarşı” plakatını yerləşdirərək etiraz aksiyası keçiriblər.
Bu, Vahid Rusiya fraksiyası ilə mübahisəyə səbəb olub.
Spiker Vyaçeslav Volodin aksiyanı “sirk” adlandırıb. O, baş verən hadisədən şikayətlənib.
Qanun layihəsi 87 əleyhinə, 329 lehinə səslə qəbul edilib.

             



Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər