12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Qırğızıstan-Tacikistan sərhədində silahlı insident
Tarix: 16-12-2021 23:30 | Bölmə: Dünya

                     Qırğızıstan-Tacikistan sərhədində silahlı insident


Qırğızıstan-Tacikistan sərhədində silahlı insident baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.
Qırğızıstanın sərhəd xidməti sözçüsü bildirib ki, Qırğızıstan vətəndaşları Batken vilayətinin Batken rayonunun Koço-Boyu ərazisində tikinti işləri aparıblar:
“Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra şifahi toqquşma baş verib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya dörd dəfə atəş açıb”.
Bildirilib ki, dərhal Qırğızıstanın Batken istiqamətindəki sərhəd nümayəndəsinin Tacikistanın İsfara istiqamətindəki sərhəd nümayəndəsi ilə görüşü baş tutub. Tacikistan tərəfi silahdan istifadənin qanunsuz olduğunu etiraf edib, çünki Qırğızıstan vətəndaşları tikinti işlərini qeyri-qanuni həyata keçiriblər.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə baş verir. Bunun səbəbi bölünməmiş ərazilər olduğu bildirilir. Burada dövlətlər arasında sərhədin necə keçdiyini müəyyən etmək mümkün deyil.


Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər