Bütün xəbərlər
“Bir neçə “Əl-Qaidə” lideri İranda yaşayır”
Tarix: 16-12-2021 23:08 | Bölmə: Dünya

               “Bir neçə “Əl-Qaidə” lideri İranda yaşayır”



Amerika administrasiyası hesab edir ki, “Əl-Qaidə” terror qruplaşmasının bir sıra lideri Tehran hakimiyyətinin xəbəri olduğu halda, İranda qalmaqda davam edir.
“Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru Con Qodfri danışıb. 
“Biz “Əl-Qaidə” liderlərinin Tehranda yaşamaqda davam etməsindən dərin narahatıq. Tehranda və Tehran ətrafında...”, - deyə Qodfri deyib. 
Onun sözlərinə görə, Tehran hökuməti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verir. Bundan əlavə, amerikalı diplomat hesab edir ki, İran qara siyahılara daxil edilmiş terror qruplarının spektrini maliyyələşdirmə, təlim və silah və texnika ilə təmin etməkdə davam edir.
“İran hələ də ölkədə yaşayan “Əl-Qaidə” liderlərini məsuliyyətə cəlb etməyə hazır deyil. Tehran İran ərazisində olan bu şəxslərin adlarını açıqlamaqdan imtina edir. İran “Əl-Qaidə” nümayəndələrinə ən azı 2009-cu ildən öz ərazisində fəaliyyət göstərməyə, o cümlədən pul vəsaitləri və silahlıları Cənubi Asiya və Suriyaya köçürməyə icazə verib”, - Qodfri əlavə edib. 
O vurğulayıb ki, ABŞ İranı terrorçulara sponsorluq edən ölkə kimi təsnif edir.



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər