Bütün xəbərlər
Akar Azərbaycanda “Ölsəm, şəhid, qalsam, qazi” prinsipi ilə mübarizədən danışdı
Tarix: 16-12-2021 22:56 | Bölmə: Dünya

                     Akar Azərbaycanda “Ölsəm, şəhid, qalsam, qazi” prinsipi ilə mübarizədən danışdı


“Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində ölkə daxilində və xaricdə mübarizəsini davam etdirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naqziri Hulusi Akar mətbuata açıqlamasında deyib.
“Türkiyə Silahlı Qüvvələri həm öz, həm də Şimali Kipr Türk Cümhuriyyəti, Liviya, Azərbaycan kimi dost-qardaşlarının haqq və mənafelərini müdafiə etmək qorumaq üçün gecə-gündüz, çöl-bayır, yay-qış demədən, “Ölsəm şəhid, qalsam, qazi” prinsipi ilə mücadiləsini davam etdirir”, - nazir bildirib.
“Suverenliyimiz, müstəqilliyimiz üçün, həqiqətən, cümhuriyyət tariximizin ən gərgin dövrünü yaşayırıq. Sərhədlərimiz gərgin iş rejimində müdafiə olunur”, - H.Akar əlavə edib.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər