Bütün xəbərlər
Tacikistan prezidenti qızını səfir təyin etdi
Tarix: 15-12-2021 21:55 | Bölmə: Dünya

                   Tacikistan prezidenti qızını səfir təyin etdi



Tacikistan Prezidenti Emoməli Rəhmon qızlarından biri - Ruhşona Emoməlinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Rəhmonun təyinatının mətni dekabrın 15-də digər kadr təyinatları ilə birlikdə Tacikistan prezidentinin rəsmi saytında dərc olunub. Bu postda Ruxşona Emomali Məsud Xəlifəzodanı əvəzləyib.
Sərəncamda bildirilir ki, Xəlifəzoda “başqa işə keçməsi ilə əlaqədar” səfir vəzifəsindən kənarlaşdırılıb.
Tacikistan prezidentinin 7 qızından biri olan Ruxşona Emoməli bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyində işləyib və əvvəllər nazirliyin beynəlxalq təşkilatlar şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Rəhmonun digər qızı Ozoda Rəhmon da əvvəllər Xarici İşlər Nazirliyində işləyib.



Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər