12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
“NATO ölkələri odun üzərinə yağ tökürlər” - Zaxarova
Tarix: 15-12-2021 21:49 | Bölmə: Dünya

                    “NATO ölkələri odun üzərinə yağ tökürlər”



“Ukraynadakı vəziyyət narahatlıq yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, NATO ölkələri “odun üzərinə yağ tökmək üçün” Ukraynaya silah tədarükünü artırırlar: 
“Ukraynada vəziyyətin inkişafı, yumşaq desək, narahatlıq yaratmaqda davam edir. NATO ölkələri Ukraynaya silah tədarükünü artırır, onun hərbçilərinə təlim keçir, lakin bunu sabitlik və təhlükəsizlik kimi hansısa mifik vəzifəni qorumaq məqsədi ilə etmirlər, odun üstünə yağ tökmək, ölkədə davam edən vətəndaş müharibəsinə daha da böyük miqyas vermək üçün edirlər”.
Onun sözlərinə görə, 2014-cü ildən ABŞ Ukraynaya 2,5 milyard dollar, o cümlədən bu il 400 milyondan çox hərbi yardım göstərib və bu yaxınlarda Vaşinqton onlara 30 Javelin raket kompleksi və 180 raket verib. 2022-ci il üçün isə ABŞ Kiyevə silah tədarükü üçün 300 milyon dollar ayırıb.


Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər