Bütün xəbərlər
Ukrayna ilə bağlı Rusiyaya daha bir - Xəbərdarlıq
Tarix: 08-12-2021 00:56 | Bölmə: Dünya

                 Ukrayna ilə bağlı Rusiyaya daha bir


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya qarşı təcavüzkar addımlar atacağı təqdirdə sərt sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Leyen Aİ Səfirləri Konfransına göndərdiyi videomüraciətdə bildirib.
Aİ Komissiyasının sədri bildirib ki, Aİ-nin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyi var: "Aİ özünə və qonşularına, o cümlədən Ukraynaya qarşı təcavüzə, o cümlədən beynəlxalq hüququn pozulmasına və ya hər hansı zərərli hərəkətə layiqli cavab verəcək. Bu, mövcud sanksiyaların güclü şəkildə artırılması və genişləndirilməsi şəklində olacaq. Biz də əlavə məhdudlaşdırıcı tədbirləri qəbul etməyə hazırıq".
Bildirilib ki, ABŞ başda olmaq bir çox Qərb ölkələri Rusiyanın son vaxtlar Ukrayna sərhədində hərbi istehkamlar qurması və Ukraynaya qarşı aqressiv münasibətinə sərt reaksiya verəcəkləri barədə xəbərdarlıq edir.




Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər