Bütün xəbərlər
Saakaşvili müalicədən imtina etdi
Tarix: 08-12-2021 00:38 | Bölmə: Dünya

                    Saakaşvili müalicədən imtina etdi


“Hüquqlarımı bərpa edənə qədər müalicəni dayandıracağam”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Feysbukda məlumat verib.
“Bu gün səhər Gürcüstan Ədliyyə Nazirliyini insan haqlarını kobud şəkildə pozduğuna görə cərimələyən dövlət müfəttişinin hesabatı dərc olunub. Bundan təxminən 6 saat sonra 18-ci müəssisənin iki əməkdaşı mənim palataya daxil oldu və orada işgəncələrimin iştirakçılarını müəyyən etdim. Mənə məlumat verildi ki, təzyiq aparatından özümümüdafiə üçün istifadə etdiyim üçün tibbi prosedurlar mənim istəyimdən fərqli olaraq həyata keçiriləcək. Mənə qarşı intizam tənbehi tədbirlərinin görülməsinə, o cümlədən görüşlərin məhdudlaşdırılmasına və televiziyadan məhrum edilməsinə qərar verilib”, – Saakaşvili qeyd edib.
Saakaşvili onu da bildirib ki, bu gün 4 saata yaxın tibb müəssisəsinin qarşısında gözləyən anası ilə görüşə bilməyib.



Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər