Bütün xəbərlər
Moskvada erməni sahibkara 6 illik həbs cəzası verildi
Tarix: 25-11-2021 23:13 | Bölmə: Dünya

                    Moskvada erməni sahibkara 6 illik həbs cəzası verildi



Moskvanın Koptevski məhkəməsi “Optima Development” şirkətinin sahibi, erməni sahibkar Albert Xudoyanı 3,7 milyard rubldan çox dəyərində daşınmaz əmlakı mənimsəməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan bildirilirb. 
“Koptevski Rayon Məhkəməsi mütəşəkkil dəstə tərəfindən xidməti mövqeyindən istifadə etməklə və xüsusilə külli miqdarda dələduzluq törətdiyinə görə Albert Xudoyanı 800 min rubl cərimələyib və 6 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onun şəriki Sergey Konoplevi 200 min rubl cərimə ilə 3 il müddətinə azadlıqdan məhrum edib. Hər iki məhkum cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər”, - məlumatda deyilir. 
Hökm qanuni qüvvəyə minməyib və qanunla müəyyən edilmiş müddətdə apellyasiya instansiyasına şikayət verilə bilər. Xudoyanın vəkili Svetlana Maltsevanın sözlərinə görə, məhkumlar məhkəmə zalında nəzarətə götürülüb. “Biz hökmdən apellyasiya şikayəti verəcəyik”, - vəkil bildirib. 



Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər