Bütün xəbərlər
Biz qalib xalq olaraq tarixə düşdük-Həyat Əhmədova
Tarix: 27-10-2021 17:33 | Bölmə: Dünya

                          


Həyat Əhmədova-Diaspora fəalı

  Mən, Əhmədova Həyat Bərdə şəhərində anadan olmuşam,hal-hazırda İordaniyada yaşayıram. Anam,Əhmədova Nərgiz Bərdə Mərkəzi Xəstəxanasında baş tibb bacısı  işləyir.
   Orta əsrlər şərqinin ən böyük şairlərindən biri olan Nizami Gəncəvi

Bərdə haqqında belə demişdir:
Bərdə nə gözəldir,necə qəşəngdir,
Yazı da, qışı da güldür,çiçəkdir.
İyulda dağlara lalələr səpər.
Qışını baharın nəsimi öpər.


   27 Oktyabr 2020-ci il saat 17-10 radələrində Bərdənin gülləri soldu. Anamla danışarkən partlayış səsləri eşidildi. O zaman Bərdədə faciə yaşandı ,şəhərin hər tərəfinə mərmilər yağdı,ətraf dumana büründü,dinc əhali yaşadığı evlərdə atəşə məruz qaldı. Onlarca insan cansız şəkildə Bərdənin küçələrinə sərildi...
   Atam, Əhmədov Elşadın gördükləri bir insan vəhşiliyi idi. Yeni Bazar adlanan yerdə, çörəyi üçün çıxmış taksi sürücüsü maşının içində yanıb kül olmuşdu. Digər tərəfdə isə övladını mərmidən qorumaq üçün, qızına sarılmış bir ata var idi. Ama hər ikisi cansız şəkildə al qana bürünmüşdülər.
   O zaman xəstəxanaya yaralı axını başladı. Anaların fəryadı göylərə ucalırdı.
    Qurbanlardan biri bədəni paramparça olmuş, günahsız, 7 yaşlı Aysu idi. Evin həyətində oynarkən Erməni atəşinə məruz qalmışdır.
    Digər ürək dağlayan qurban isə arzuları yarımçıq qalmış Tükəzban Mirzəliyeva oldu. 5 il övlad sahibi ola bilməyən Tükəzban 20 gün əvvəl ana olmuşdu. Ermənilər 20 günlük körpəni anasız qoydular.
Erməni terroru zamanı 27 nəfər öldü, 80 nəfərdən artıq insan yaralandı.
Baş verənlər nə bərdəliləri , nə Azərbaycan xalqını sarsıtdı, əksinə döyüş ruhunu yüksəltdi.
   Və bu gün biz fəxrlə deyə bilirik:”Qarabağ Azərbaycandır! ”
Biz qalib xalq olaraq tarixə düşdük.
 



Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər