Bütün xəbərlər
Rusiyada 20 ildir axtarışda olan məmur saxlanıldı
Tarix: 26-10-2021 20:32 | Bölmə: Dünya

                     Rusiyada 20 ildir axtarışda olan məmur saxlanıldı


Rusiyada 20 ildir cinayətə görə axtarılan məmur tutulub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Yuri Çekin adlı şəxs Xantı-Mansiysk Muxtar Dairəsinin prokuroru Yuri Bederinin qətlinin təşkilatçısı və sifarişçisi kimi 20 il axtarışda olub. Rusiya Daxili İşlər Nazirliyi onun yerinin deyilməsinə görə 1 milyon rubl mükafat təyin etmişdi. Çekin oktyabrın 26-da Xantı-Mansiyskdə Kalinin küçəsində pəncərələri qeyri-şəffaf örtüklə örtülmüş çoxmənzilli binada tapılıb. O, istintaq idarəsinə təhvil verilib. 
Qeyd edək ki, Çekin Rusiya Maliyyə Nazirliyinin Xantı-Mansiysk üzrə nəzarət-audit şöbəsinin müdiri olub. O, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət təqibindən qaçmaq üçün Bederinin qətlini təşkil edib. 



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər