Bütün xəbərlər
İngiltərədə deputat kilsədə bıçaqlanaraq öldürüldü
Tarix: 16-10-2021 10:32 | Bölmə: Dünya

İngiltərədə deputat kilsədə bıçaqlanaraq öldürüldü


İngiltərədə deputat bıçaqlı hücuma uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Esseks polisi açıqlama yayıb.
Bildirilib ki, Mühafizəkarlar Partiyasından millət vəkili Devid Amess seçki bölgəsində hücuma məruz qalıb. 69 yaşlı deputat həyatını itirib.
1983-cü ildən bəri deputat olan Amess kilsədə seçiciləri ilə görüşdə birdən çox bıçaq xəsarəti alıb.
Polis 25 yaşlı cinayətkarı yaxalayıb.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər