Bütün xəbərlər
Tbilisi meri olmaq istəyən deputatın mandatı ləğv edildi
Tarix: 05-10-2021 19:44 | Bölmə: Dünya

                    Tbilisi meri olmaq istəyən deputatın mandatı ləğv edildi


Gürcüstan parlamenti ölkənin ən nəhəng müxalif partiyasının millət vəkilinin deputat mandatını ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, ölkə parlamentində bu gün keçirilən səsvermə zamanı “Vahid Milli Hərəkat" partiyasından olan millət vəkili Nika Meliya deputat mandatından məhrum edilib. O, həmçinin Tbilisi meri vəzifəsinə namizəddir. 
Bildirilir ki, iclasda iştirak etmək üçün qeydiyyatdan keçmiş 83 millət vəkilindən 79-u Meliyanın deputat mandatlığının ləğv edilməsinə səs verib. Bununla da, “Vahid Milli Hərəkat” partiyasından parlamentdə 31 millət vəkili qalıb. 
Qeyd etmək lazımdır ki, N. Meliya artıq ikinci dəfədir ki, millət vəkili səlahiyyətlərindən məhrum edilir. Belə ki, birinci dəfə ölkə parlamenti prokurorluğun tələbi əsasında onun deputat mandatını əlindən almışdı. Bu zaman ona qarşı kütləvi zorakılıq aktlarının təşkili və onlarda iştirak etməklə bağlı ittihamlar irəli sürülmüş və onun həbs olunması üçün xüsusi əməliyyat keçirilmişdi. Melia yalnız Avropa Birliyi tərəfindən ödənilən girov müqabilində beynəlxalq ictimaiyyətin təzyiqi ilə sərbəst buraxılmışdı. 
N. Meliya hazırda Tbilisi meri olan Kaxa Kaladzenin yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə ən əsas rəqibidir. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu” partiyasından olan namizəd K. Kaladze oktyabrın 2-si keçirilən seçkilərin ilk turunda 45,04%, N. Meliya isə 33,96% səs toplayıb. Seçkilərin ikinci turu oktyabrın 30-u keçiriləcək.



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər