18:57 / 26-11-2021
Əvəz Həsənov vəfat etdi
Çin nəhəng karantin kompleksi inşa etdi - Robotlar xidmət edəcək
Tarix: 30-09-2021 08:30 | Bölmə: Dünya

                     Çin nəhəng karantin kompleksi inşa etdi


Çin hökuməti koronavirusa qarşı tədbirləri gücləndirmək məqsədilə yeni karantin kompleksi inşa edib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu kompleks xaricdən ölkəyə gələn çinlilər və əcnəbilər üçün nəzərdə tutulub.
Quançjou şəhərində yerləşən kompeksin inşası 260 milyon dollara başa gəlib və 5 min otaqdan ibarətdir.
Üç mərtəbəli binalardan ibarət olan və inşası 3 aydan az vaxt aparan kompleksin ərazisi 46 futbol meydançasına bərabərdir.
Məlumata görə, ölkəyə daxil olanlar hava limanlarından birbaşa məhz sözügedən karantin komleksinə gətiriləcək. Maraqlıdır ki, yüksək texnologiya ilə təmin edilmiş otaqlarda robotlar xidmət edəcək.
Karantinə qalanlar gün ərzində üç dəfə yeməyi məhz robotlar verəcək ki, bu da insan təmasının azaldılması üçün nəzərdə tutulub.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər