Bütün xəbərlər
“ABŞ Suriya və İraqdan da çıxmalıdır” - Ərdoğan
Tarix: 27-09-2021 03:21 | Bölmə: Dünya

                   “ABŞ Suriya və İraqdan da çıxmalıdır”


“ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi, Suriya və İraqdan da çıxmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu CBS kanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əlbəttə, mənim seçimim olsaydı, istərdim ki, Əfqanıstandan çıxdıqları kimi Suriya və İraqdan da çıxsınlar. Əgər dünyada sülhə xidmət etmək istəyiriksə, sülh naminə o bölgələrdə qalmağın mənası yoxdur. Bu ölkələrin xalqı və hökuməti müstəqil şəkildə qərarlar qəbul etməlidir”, - deyə Ərdoğan qeyd edib.



Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər