Bütün xəbərlər
“Taliban” Əfqanıstan hökumətinin yeni tərkibini elan etdi
Tarix: 08-09-2021 20:14 | Bölmə: Dünya

                 “Taliban” Əfqanıstan hökumətinin yeni tərkibini elan etdi


“Taliban” Əfqanıstan hökumətinin yeni tərkibini elan edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölkənin müvəqqəti Baş naziri vəzifəsini molla Məhəmməd Həsən Axund icra edəcək. Əbdül Qəni Bəradər isə Baş nazirin müavini olacaq. Digər vəzifə bölgüsü belədir:
Molla Əbdül Hak Vasik – kəşfiyyat naziri
Yaqub Mücahid – müdafiə naziri
Siracuddin Hakkani – daxili işlər naziri
Zabihulla Mücahid – mədəniyyət və informasiya naziri
Molla Əmir Xan Muttaki – xarici işlər naziri
Məhəmməd Hənif – iqtisadiyyat naziri
Qeyd edək ki, “Taliban” hökumətin bu tərkibinin daimi deyil, müvəqqəti xarakter daşıdığını açıqlayıb.



Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər