Bütün xəbərlər
Putindən GÖZLƏNİLMƏZ QƏRAR: Bu generalları işdən çıxardı
Tarix: 01-09-2021 01:56 | Bölmə: Dünya


Rusiya prezidenti Vladimir Putin  Daxili İşlər naziriliyinin yüksəkvəzifəli 5 generalını əmrlə  vəzifələrindən azad edib.
Hit.az xəbər verir ki, onlardan ikisi Moskva Polis İdarəsinin rəis müavinləri  Andrey Ponorç və Natalya Aqafyevadır. İşdən azad olunan digər 2 general  DİN mərkəzi aparatında çalışıb. 
5-ci  istefaya göndərilən general Dmitriy Şarobarov isə  10 ildən artıq idi ki, DİN Baş nəqliyyat idarəsinə rəhbərlik edib. İşdən çıxarılan generallar pensiyaya göndərilib.



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər