Bütün xəbərlər
NATO-dan Talibana - Çağırış
Tarix: 20-08-2021 21:43 | Bölmə: Dünya

                     NATO-dan Talibana


“Əfqanıstandakı hakimiyyəti Kabildəki Həmid Qərzai Beynəlxalq Hava Limanı da daxil olmaqla, təxliyyələrin təhlükəsiz və mütəmadi qaydada təşkil olunmasına hörmət etməyə  və bunları asanlaşdırmağa çağırırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO ölkələri Xarici İşlər Nazirlərinin iclasından sonra qurumun yaydığı birgə bəyanatda deyilir.
Bildirilib ki, hazırkı prioritet NATO və tərəfdaş ölkələrin vətəndaşları, eləcə də, risk altındakı və NATO üçün işləmiş əfqanların təxliyyəsidir:
“Əfqanıstanda ciddi insan hüquqları pozuntularına görə dərin narahatlıq duyuruq. Əfqanıstandakı bütün tərəfləri qadınlar və azlıqlar da daxil olmaqla, çoxtərəfli bir hökumət qurmaq üçün çalışmağa çağırırıq.
Mövcud şərtlər altında NATO əfqan dairələrinə verdiyi bütün dəstəyi təxirə salıb. Gələcəkdə hər hansı bir əfqan hökuməti Əfqanıstanın beynəlxalq öhdəliklərinə sadiq qalmalı, qadınlar, uşaqlar və azlıqlar başda olmaqla, bütün əfqanların insan haqq və hüquqlarını qorumalı, Əfqanıstanın bir daha əsla terrorçular üçün etibarlı sığınacaq olmamasını təmin etməlidir”.



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər