22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Misirdəki diaspor mərkəzində ərəb dili kursunun müdavimləri ilə görüş keçirilib
Tarix: 16-08-2021 21:46 | Bölmə: Dünya

Misirdəki diaspor mərkəzinin binasında Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrlə görüş keçirilib. Onlar mərkəzdə təşkil edilmiş ərəb dili və ədəbiyyatı kursunda ödənişsiz təhsil alacaqlar.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il ərəb dili və ədəbiyyatı kursunda Uzaq Şərq və Afrikadan olan 43 müdavimin təhsil alacağını bildirib. Qeyd edib ki, təcrübəli müəllimlər onlara həftədə 3 dəfə dərs keçəcəklər.
S.Nəsirov əlavə edib ki, diaspor mərkəzində ümumilikdə 500 gənc müxtəlif fənlər, o cümlədən Azərbaycan dili, xəttatlıq, qiraət və s. üzrə kurslarda iştirak edir.
Diaspor sədri tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında məlumat verib. O, afrikalı və asiyalı gənclərin mənsub olduğu ölkələrlə əlaqələrimizdən də bəhs edib.
Somali, Sudan, İndoneziya və Banqladeşdən olan gənclər ərəb dili və ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, ölkəmizin tarixi və mədəniyyətinə də maraqlarını ifadə ediblər.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər