22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycan Rusiyaya başsağlığı verdi
Tarix: 12-08-2021 12:40 | Bölmə: Dünya

                 Azərbaycan Rusiyaya başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.
“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyanın Kamçatka ərazisində turistlərin olduğu helikopter düşüb.  İlkin məlumata görə, Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub (13 turist və 3 ekipaj üzvü). 
Onlardan 8-nin həlak olduğu qeyd olunur. 


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər