22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Feysbuk "Vaksin insanları meymuna çevirir" deyən hesabları BAĞLADI
Tarix: 11-08-2021 13:50 | Bölmə: Dünya

                              Feysbuk "Vaksin insanları meymuna çevirir" deyən hesablarıBAĞLADI


Aparıcı sosial media platformalarından biri olan "Facebook" şiekəti koronavirus peyvəndi əleyhinə dezinformasiya yayan yüzlərlə hesabı bağlayıb.
Unikal.org xəbər verir ki, sözügedən hesablar Hindistan, Latın Amerikası və ABŞ-da aşkar edilib. 
Bildirilib ki, Qərbin istehsal etdiyi vaksinlərlə bağlı pul qarşılığında yanlış məlumatlar yayılır. "Facebook" hesab edir ki, bu kampaniya şəbəkəsi Qərb peyvəndlərini ləkələmək cəhdlərinin ikinci dalğasıdır. 
Bildirilib ki, sözügedən dezinformasiyaları yayan hesablar peyvəndin insanları meymuna çevirəcəyini paylaşırdılar. Bunun üçün onlar "Meymunlar Planeti" adlı filmdən çəkilmiş və dialoqlarla yazılmış görüntülərdən istifadə edib. 
Açıqlama zamanı, 65 "Facebook" və 243 "Instagram" hesabının bağlandığı qeyd edilib.  


Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər