12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Terror təşkilatı Türkiyədəki yanğınlara görə məsuliyyəti üzərinə götürdü
Tarix: 02-08-2021 02:15 | Bölmə: Dünya

                  Terror təşkilatı Türkiyədəki yanğınlara görə məsuliyyəti üzərinə götürdü



Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupu üzərinə götürüb.
“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə PKK-ya aid sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Qeyd edək ki, daha əvvəl PKK-nın Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən üzvləri saxlanılıb və araşdırmalara başlanılıb.

                




Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər