12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Hans Klyuge: Pandemiyanın başa çatmasına hələ çox var
Tarix: 24-07-2021 15:59 | Bölmə: Dünya


Koronavirus pandemiyasının başa çatmasına hələ çox var. “Delta” ştamı Avropada çox geniş yayılıb və qarşıdakı aylarda bütün dünyada ən geniş yayılmış ştam olacaq.
AZƏRTAC xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və onlara Nəzarət Mərkəzinin və ÜST-nin Avropa Regional Bürosunun cümə günü dərc edilmiş məlumatında bu barədə xəbərdarlıq edilir.
Məlumatda deyilir: “Aparılmış müşahidələr göstərir ki, iyunun 28-dən iyulun 11-dək təhlil üçün kifayət qədər məlumat təqdim etmiş 28 ölkədən 19-da “Delta” ştamı üstünlük təşkil edir. Cari meyillərin təhlili belə deməyə əsas verir ki, qarşıdakı aylarda “Delta” variantı qlobal miqyasda üstünlük təşkil edəcək. Avropa ölkələrinin demək olar ki, hamısında bu ştam aşkar edilib. Əgər daha güclü virus yaranmasa, “Delta” variantı geniş yayılmaqda davam edəcək”.
ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klyuge deyib: “Pandemiyanın başa çatmasına hələ çox var. Təəssüf ki, bizim regiona daxil olan ölkələrin çoxunda “Delta” ştamının yayılması hallarının xeyli artması müşahidə olunur”.
H.Klyuge daha sonra bildirib ki, əhalinin peyvəndlənməsi üzrə bütün səylərə baxmayaraq, milyonlarla insan hələ də peyvəndlənməyib və bu səbəbdən onların xəstəxanaya düşmək riski qalır.




Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər