12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Alimlər sinə xərçənginə tam qalib gəldi - Yeni müalicə metodu
Tarix: 24-07-2021 15:22 | Bölmə: Dünya
            

Alimlər sinə xərçənginə tam qalib gəldi - Yeni müalicə metoduDöş xərçənginin yeni müalicə metodu ilə siçanlarda xəstəlik demək olar ki, tamamilə məğlub edilib, gəmiricilərdəki şiş hüceyrələri 95-100 faizi məhv olub.

Bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə elan edilib.
Bildirilir ki, Urbana-Şampeyndə İllinoys Universitetinin alimləri tərəfindən hazırlanan ErSO preparatı təkcə ilkin şişləri sürətlə yox səviyyəyə endirməklə kifayətlənmir, həmçinin metastazlarla da uğurla mübarizə aparır.
Mütəxəssislərin sözlərinə görə, bir neçə xərçəng hüceyrəsi sağ qaldıqda və bir neçə ay ərzində yenidən böyüməyə imkan tapdıqda belə, yeni şişlər təkrarlanan ErSO müalicələrinə həssas olurlar.
ErSO ağciyərlərdə, sümüklərdə və qaraciyərdə metastazların çoxunu sürətlə məhv edib, beyin metastazlarında isə kəskin azalmaya səbəb olub. (medicina.az)



Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər