12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Qırğızıstanın iki sabiq Prezidenti beynəlxalq axtarışa verildi
Tarix: 08-07-2021 18:21 | Bölmə: Dünya

                    Qırğızıstanın iki sabiq Prezidenti beynəlxalq axtarışa verildi


Qırğızıstanın keçmiş Prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağı ilə bağlı başladılmış cinayət işi üzrə beynəlxalq axtarışa veriliblər.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Qamçıbek Taşiyev bu gün Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, “Kumtor” qızıl yatağı ilə bağlı korrupsiya ilə məşğul olan şəxslər arasında daha bir neçə keçmiş yüksək vəzifəli məmur da var.
Qeyd edək ki, Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir. Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4.2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər