Bütün xəbərlər
Vladimir Zelenski soydaşımızı medalla təltif edib
Tarix: 05-07-2021 02:19 | Bölmə: Dünya


Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev “Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, Samir Allahverdiyev uzun müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında çalışır.



Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər