12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ukraynada 30 ildir gözlənilən qanun qəbul edildi
Tarix: 02-07-2021 12:30 | Bölmə: Dünya

                    Ukraynada 30 ildir gözlənilən qanun qəbul edildi


Ukrayna parlamentində Krım tatar türkləri, karaimlər və krımçakların ölkənin yerli xalqı olaraq qəbul edilməsini nəzərdə tutan tənzimləmə qanuniləşib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən “Ukraynanın yerli xalqları qanun layihəsi” ümumi iclasda səsverməyə qoyulub.
Layihə səsverməyə qatılan 345 millət vəkilindən 325-nin dəstəyi ilə qəbul edilib.
Tənzimləməyə görə, tatar, karaim və krımçak xalqları Ukraynanın yerli xalqı olaraq tanınacaq.
Ölkədə yaşayan ruslar isə Ukrayna sərhədlərindən kənarda dövlətə malik olduqları üçün yerli xalq olaraq qəbul edilməyəcək.
Yerli xalqların assimilyasiya, etnik köklərinin, mədəni dəyərlərinin məhv edilməsi, zorla yurdlarından çıxarılmaları və köçürülmələrinə qarşı hüquqları təmin ediləcək.
Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat əldə etmək hüquqları zəmanət altında olacaq.
Yerli xalqlar öz təhsil qurumlarını formalaşdıra biləcək, ya da digər təhsil qurumları ilə dillərinin, tarixlərinin, mədəniyyətlərinin öyrədilməsi məqsədilə əməkdaşlıq edə biləcək.
Onlar özlərini təmsil edən orqanlar vasitəsilə öz media qurumlarını qurmaq hüququ qazanacaqlar.
Qeyd edilib ki, Krım tatarları 30 ildir bu qanunun qəbulunu gözləyirdi.



Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər