12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Baş nazirin müavini cərimələndi
Tarix: 29-06-2021 13:21 | Bölmə: Dünya


Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi ölkənin Baş nazirinin müavini Barnabi Coysu cərimələyib. 
HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, Coysun cərtimələnməsi sanitar-epidemioloji tələbləri pozması ilə bağlıdır. Baş nazirin müavini ictimai yerdə tibbi maskadan istifadə etməyib. 
Polis əməkdaşları Avstraliyanın paytaxtı Sidneyin şimal-qərbində 500 kilometr aralıda yerləşən Armideyl şəhərindəki yanacaqdoldurma məntəqəsində bir nəfərin tibi maskasız olduğunu görüblər. Məlum olub ki, həmin şəxs Baş nazirin müavini Barnabi Coysdur. 
“O, üzr istəyərək polis zabitlərinin ədalətli və israrlı davranışlarına görə onlarla əməkdaşlıq etdi. 
Armideyldə baş verən bu olay polisin istənilən epidemioloji tələbin pozulduğu halda araşdırma apararaq tədbir gördüyünü sübut edən faktdır”, - polis rəisinin müavini ABC telekanalına bildirib.
Baş nazirin müavini 200 Avstraliya dolları (151 ABŞ dolları) məbləğində cərimələnib. 



Baxış sayı: 386


Bölməyə aid digər xəbərlər