12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Taliban” bir gündə Əfqanıstanda 7 rayonu ələ keçirib
Tarix: 22-06-2021 07:38 | Bölmə: Dünya

                     “Taliban” bir gündə Əfqanıstanda 7 rayonu ələ keçirib


Ötən cümə günü “Taliban” döyüşçüləri Əfqanıstanın beş vilayətində yeddi rayonu ələ keçiriblər.
Bu barədə “Qafqazinfo” Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir.
Beləliklə, taliblər 2001-ci ildən bəri ilk dəfə olaraq Əfqanıstanın rəsmi hökumətindən daha çox rayona nəzarət edirlər: ekspertlərin fikrincə, hazırda “Taliban”ın nəzarəti altında 107 rayon var, hökumət isə 92 rayona tam nəzarət edir. Qalan 199 rayon hökumət qoşunları və taliblərin qüvvələri arasında mübahisə obyektinə çevrilib.
Demokratiyaların Müdafiəsi Fondunun (FDD) məlumatına görə, hazırda “Taliban”ın hakimiyyəti altında 6 mln. əfqan yaşayır. Daha 15 milyon insan hərbi əməliyyatların keçirildiyi bölgələrdə yaşayır.
Ötən şənbə günü ölkədə baş vermiş fəlakətli vəziyyətə görə Əfqanıstan Prezidenti Əşrəf Qani daxili işlər və müdafiə nazirlərini dəyişib.



Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər