Bütün xəbərlər
Putinlə Bayden niyə görüşəcək? - Peskovdan açıqlama
Tarix: 11-06-2021 22:26 | Bölmə: Dünya

         Putinlə Bayden niyə görüşəcək?


Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenlə görüşə iki ölkə arasındakı əlaqələrin pis olması səbəbindən qatılacağını söyləyib.
“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Vaşinqtondan isə Zirvə görüşünün “reset” (sıfırlama) mənası daşımadığı bildirilib.
“Putin Cenevrəyə gedəcək, çünki əlaqələrdəki pis vəziyyət bir görüş keçirilməsini zəruri edir”, - Peskov deyib.
Milli Təhlükəsizlik Şurası Avropa Baş direktoru Amanda Sloat Ağ Evin Putin-Bayden Zirvəsini ilitərəfli əlaqələrin sıfırlanması olaraq görmədiyini açıqlayıb.
“Bu, qətiyyən “reset” deyil. Prezident bunu açıq şəkildə deyib. Bu, bir mükafat deyil. Prezidentin Rusiya ilə birlikdə işləyə biləcəyimiz mövzular olduğuna inandığını düşünürəm.
Misal üçün, sadəcə ABŞ deyil, avropalı müttəfiqlərimiz üçün də xüsusi əhəmiyyət kəsb edən strateji sabitlik məsələsi. Xüsusən prezident ölkələr arasındakı ixtilafların da müzakirə ediləcəyini açıq şəkildə söyləyib”, - A.Sloat CNN-ə açıqlamasında deyib.















Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər