01:29 / 22-06-2021
Türkiyədə zəlzələ oldu
02:56 / 21-06-2021
Azərbaycanda zəlzələ oldu
Monqolustanın yeni Prezidenti o oldu
Tarix: 10-06-2021 13:58 | Bölmə: Dünya

                   Monqolustanın yeni Prezidenti o oldu


Hakim Monqol Xalq Partiyasının sədri, ölkənin sabiq Baş naziri Uhnaagiyn Hurelsuh ölkə prezidenti seçkilərində qalib gəlib.
Bu barədə “Qafqazinfo” “Montsame” agentliyinə istinadən xəbər verir.
Yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə saat 19:00-a) olan nəticələrə görə, namizədə 776 mindən çox seçici səs verib. Namizədliyi Sağçı Seçicilər Koalisiyasından irəli sürülən Böyük Dövlət Xuralının (parlamentin) sabiq deputatı Danqaasurengiyn Enhbat 235 minə yaxın, müxalif Demokrat Partiyasının sabiq sədri Sodnomzunduyn Erdene isə 67 minə yaxın səs toplayıb.
Seçici fəallığı 52,69% təşkil edib.
Qeyd edək ki, ölkənin indiki Prezidenti - müxalif Demokrat Partiyasından olan namizəd Haltmaagiyn Battulqa bu vəzifəyə 2017-ci ilin iyulunda seçilmişdi.  


Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər