Bütün xəbərlər
Paşinyan Fransada təhqir edildi - Fotolar
Tarix: 02-06-2021 01:16 | Bölmə: Dünya

                    Paşinyan Fransada təhqir edildi


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri Parisdə yaşayan ermənilərin etirazı ilə qarşılanıb.
"Qafqazinfo" erməni mediasına istinadən xəbər verir ki, Parisdə Ermənistan səfirliyi qarşısında Paşinyanın əleyhinə aksiya keçirilib. Etirazçılar "Nikol satqındır", "Təslimçi", "Satqın" şüarlarını səsləndiriblər.
Aksiyaçılardan biri onun "it kimi gəbərməsini" arzulayaraq "Bu, sondur. Bu, sənin dövlət büdcəsi hesabına Fransaya sonuncu səfərindir", - deyə qışqırıb.







Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər