Bütün xəbərlər
Türk ordusunun məhv etdiyi terrorçuların sayı AÇIQLANDI
Tarix: 30-05-2021 13:13 | Bölmə: Dünya

                      Türk ordusunun məhv etdiyi terrorçuların sayıAÇIQLANDI


Türkiyənin Pençe-Yıldırım əməliyyatları nəticəsində 1162 terrorçu zərərsizləşdirilib.
Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 1 yanvar tarixindən etibarən, ölkə daxilində və sərhəd xaricində 43 böyük və 138 orta ölçülü olmaqla 181 əməliyyatda ümumilikdə 1162 terrorçu zərərsizləşdirilib.
Pençe-Yıldırım əməliyyatları nəticəsində bu günə qədər 1-i bölgə müdiri olan 142 terrorçu zərərsizləşdirilib, 57 mağara, 110 sığınacaq, 398 mina məhv edilib.


Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər