12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsveçrədə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsinə etiraz edilib
Tarix: 25-04-2021 04:43 | Bölmə: Dünya

                İsveçrədə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsinə etiraz edilib




İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Cenevrə şəhərində minalarla mübarizəni əks etdirən “Sınıq stul” heykəli qarşısında fləşmob təşkil olunub. 
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, fləşmobun əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının Ermənistan tərəfindən  minalanmış ərazilərinin xəritəsinin verilməməsinə etiraz etmək olub.
Fləşmob zamanı yerli ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, ötən ilin payız aylarında Azərbaycan ordusunun azad etdiyi ərazilərdə hələ də minalanmış yerlərlə bağlı problemlər yaşanır, mülki insanlar həlak olur. Bütün bunlar regionda sülh və təhlükəsizlik üçün təhdid yaradır və Ermənistan tərəfinin bu xəritəni verməsi zəruridir. 

                 






Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər