Bütün xəbərlər
Zelenskidən Rusiyanın qoşunlarını geri çəkməsinə münasibət
Tarix: 22-04-2021 20:57 | Bölmə: Dünya

                  Zelenskidən Rusiyanın qoşunlarını geri çəkməsinə münasibət



“Ukrayna ilə sərhəddə Rusiya hərbi birləşmələrinin azaldılması mütənasib olaraq gərginliyi də azaldır. Kiyev Donbasdakı vəziyyətin de-eskalasiyası ilə bağlı istənilən addımı alqışlayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb:
“Ukrayna hər zaman ayıq-sayıqdır, ancaq eyni zamanda hərbi mövcudluğu azaldan və Donbassdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Dəstəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edirik”.  
Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarının ani yoxlanışının tamamlandığını elan edib. O, Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb.


Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər