23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Avstriyanın səhiyyə naziri istefa verdi
Tarix: 13-04-2021 21:52 | Bölmə: Dünya

                   Avstriyanın səhiyyə naziri istefa verdi


Avstriyanın səhiyyə naziri Rudolf Anşober istefa verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nazir bu qərarı səhhətində yaranan problemlər səbəbindən verdiyini deyib. “Çox yoruldum, artıq dayana bilmirəm” deyən Anşober mətbuat konfransı keçirərək vidalaşıb. 60 yaşlı nazir pandemiya dövründə gərgin iş rejimində çalışdığını və bu səbəbdən səhhəti ilə maraqlanmalı olduğunu bildirib. O qeyd edib ki, ölkə tarixində ən ağır səhiyyə böhranının öhdəsindən gələ bilmək üçün 100 faiz sağlam olan və bütün enerjisini bu işə verməyi bacaran səhiyyə nazirinə ehtiyac var. Lakin fəaliyyətdə olduğu 15 aylıq dövrdə onun səhhəti tədricən zəifləmiş və son dövrlərdə tez-tez xəstələnməsi onun bu fəaliyyətin öhdəsindən gələ bilməyəcəyini açıq şəkildə nümayiş etdirib.
Qeyd edək ki, Anşober vəzifəsinə başladıqdan qısa müddət sonra koronavirusa yoluxmuşdu.


Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər
7-03-2024, 21:53 İsveç NATO-ya üzv oldu