12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Şuşanın işğalı əməliyyatına rəhbərlik edən erməni general öldü
Tarix: 31-03-2021 20:30 | Bölmə: Dünya

                     Şuşanın işğalı əməliyyatına rəhbərlik edən erməni general öldü


Erməni general Arkadi Ter-Tadevosyan bu gün 82 yaşında ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. Onun bir neçə gündür Erebuni xəstəxanasında reanimasiyada olduğu bildirilib.
Xəstəxana generalın bir neçə gündür reanimasiyada olduğunu təsdiqləsə də, ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, “Kommandos” və “Dağ tülküsü” ləqəbli Arkadi Ter-Tadevosyan Birinci Qarabağ savaşı zamanı separatçıların qüvvələrinə, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik edib. O, Şuşanın süqutuna səbəb olmuş “Dağlarda toy” əməliyyatının müəllifi kimi tanınır.
Xatırladaq ki, Azərbaycan Ordusu Şuşanı 2020-ci ilin 8 noyabrında erməni işğalından azad edib.



Baxış sayı: 666


Bölməyə aid digər xəbərlər